6 avqust 2010 01:17
Rəşad Sadiqov: Rəqibdən daha üstün görünürdük
Azərbaycanın "Qarabağ" klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov "Wisla" üzərində 3:2 hesabı ilə qələbədən sonra azerisport.az saytına öz fikirlərini bildirdi. "Açığı deyim ki, biz heç gözləmirdik ki, belə tez üç qol vuracayıq. Mən qol vurduğum məqamda tam arxayın idim. Biz çox yaxşı oynadıq və rəqibdən daha üstün görünürdük", - Rəşad Sadiqov dedi.
