6 avqust 2010 13:39
Bakı AzTV ilə razılaşdı
Azərbaycanın "Bakı" klubunun 2010/11-ci illər mövsümü ərzində ev oyunlarını AZTV vasitəsi ilə izləmək mümkün olacaq. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə "Bakı" ilə Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti arasında razılıq əldə olunub.
Yayım haqqında anlaşmaya əsasən, AZTV "Bakı" futbol klubunun Premyer-liqa və Azərbaycan kuboku uğrunda keçirdiyi bütün ev oyunlarını yayımlamaq sahəsində eksklüziv hüquqa yiyələnib. Bunu "Bakı"-nın media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nəriman Mehdiyev məlumat verir:
Qeyd edək ki, "Bakı" avqustun 7-si ilk turda öz meydanında AZAL komandası ilə görüşəcək.
Qeyd edək ki, "Bakı" avqustun 7-si ilk turda öz meydanında AZAL komandası ilə görüşəcək.
