6 avqust 2010 14:52
Inter`in futbolçusunu soydular
İtaliyanın "Inter" klubunun və Hollandiya millisinin yarımmüdafiəçisi Uesli Sneyderi və yığmanın keçmiş hücumçusu Patrik Klüverti soydular. Azerisport.az xəbər verir ki, hadisə futbolçular öz həyat yoldaşları ilə istirahət etdikləri İbiza kurortunda baş verdi.
Oğrular oyunçuların evlərinə girərək orda olan bahalı saatları, əşya və 70 min avro götürüblər.
Mənbə: El Mundo Deportivo
