6 avqust 2010 15:02
Fizuli Cavadov: Vaqifin gəlişini gözləyirik
Azərbaycanlı futolçu Vaqif Cavadovun atası Fizuli Cavadov azerisport.az saytına oğlunun "Twente"-nin çempionata ərizəsindən kənarda qalması ilə bağlı problemini şərh etdi. "Sabah Vaqifin gəlişini gözləyirik. Bilirəm ki, onu klubun çempionata ərizəsində göstərməyiblər. O Bakıya gələndə onun müqaviləsinin detallarını müzakirə edəcəyik. Biz bu faktla barışa bilmərik", - Fizuli Cavadov bildirdi.
