6 avqust 2010 15:50
Matsey Juravski: Bu dəhşət idi
Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ" – "Wisla" komandalarının cavab oyunundan sonra Polşa klubunun hücumçusu Matsey Juravski azerisport.az saytına 3:2 hesablı məğlubiyyətlə bağlı öz fikirlərini bildirdi.
"Bu çox dəhşətli idi. İlk hissədə "Qarabağ" bizə demək olar ki heç bir vəziyyət yaradmağa imkan vermədi. Lakin ikinci hissədə biz rəqibimizdən yaxşı oynadıq. Ancaq belə bir komandanı keçmək üçün bu kifayət etmədi", - Juravski dedi.
Onun sözlərinə görə, komandasının ən böyük problemi müdafiə ilə bağlıdı.: "Qarabağ" bundan da artıq vura bilərdi. Təəssüf. Biz müdafiəmiz üzərində ciddi çalışmalıyıq".
