6 avqust 2010 16:25
Qonsalo İquain: ÇL-də onuncu dəfə qalib gəlmək istəyirik
Madridin "Real" komandasının hücumçusu Qonsalo İquain hesab edir ki, bu mövsüm klubunu uğurlar gözləyir. Azerisport.az xəbər verir ki, futbolçu bildirdi ki, onun komandası Çempionlar Liqasında 10-cu qələbəsini əldə etmək istəyir. Həmçinin o "Kral klubunun" yeni çalışdırıcısı Joze Mourinyo haqqında da öz fikirlərini bildirdi.
"Mourinyo çox ciddi mütəxəssisdi. Biz onun ötən uğurları barəsində bələdik. O bizi "Real"-ın layiq olduğu zirvələrə aparmaq istəyir və biz ona bu işdə kömək edəcəyik", - İquain bildirdi.
Mənbə: Marca
