6 avqust 2010 17:14
Qurban Qurbanov: Bizi Borussia ilə çox maraqlı oyunlar gözləyir
Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına püşkatmanın nəticələri ilə bağlı öz fikirini bildirdi. Qeyd edək ki, komandanın pley-offdaki rəqibi Almaniyanın "Borussia Dortmund" klubu oldu.
"Bizi çox maraqlı oyunlar gözləyir. Bundan da zəif komanda var idi, lakin biz almanlara düşdük. Püşkatmanın nəticəsini normal hesab edirəm. Hər halda bu mərhələdə həmişə çətin olur və bizə də asan olmayacaq. Amma deməzdim ki, rəqibə asan olacaq. Rəqibimizi öyrənmək və ona hazırlaşmaq üçün vaxtımız var", - Qurbanov bildirdi.
