6 avqust 2010 17:18
Rəşad Sadıqov: Hər şey yaxşı olacaq
Azərbaycanın "Qarabağ" klubunun müdafiəçisi Rəşad Sadıqov azerisport.az saytına püşkatmanın nəticələri ilə bağlı öz fikirini bildirdi. Qeyd edək ki, komandanın pley-offdaki rəqibi Almaniyanın "Borussia Dortmund" klubu oldu.
"Allaha inanırıq, hər şey yaxşı olacaq. Mən öncə də demişəm ki, almanlara düşəcəyik. "Borussia" güclü rəqibdi, onların yaxşı heyəti və əla azərkeşləri var", - Sadıqov bildirdi.
