6 avqust 2010 17:29
Qeorqi Adamiya: Qrup mərhələsinə düşmək üçün mübarizə aparacayıq
Azərbaycanın "Qarabağ" klubunun yarımmüdafiəçisi Qeorqi Adamiya azerisport.az saytına püşkatmanın nəticələri ilə bağlı öz fikirləri ilə bölüşdü. Qeyd edək ki, komandanın pley-offdaki rəqibi Almaniyanın "Borussia Dortmund" klubu oldu.
"Bizə çox güclü rəqib düşdü. Əlbətdə biz hər bir halda güclü rəqiblə qarşılaşacaydıq, çünki səbətdə zəif rəqib yox idi. "Borussia" komandasının öz ənənələri var və bizə bu rəqiblə çoz çətin olacaq. Lakin bu demək deyil ki, biz bu oyunlara artıq məğlub olmuş vəziyyətdə çixacayıq. Qrup mərhələsinə düşmək üçün mübarizə aparacayıq", - Adamiya bildirdi.
