6 avqust 2010 11:50
Vidiç: Komandanı tər etmək niyyətində deyiləm
İngiltərənin "Manchester United" komandasının müdafiəçisi Nemanya Vidiç bildirdi ki, o Madridin "Real" klubuna keçmək barəsində heç fikirləşmirdi. Azerisport.az xəbər verir ki, MU-nun Şimali Amerika turnesi zamanı Vidiç komanda ilə yeni uzunmüddətli müqavilə imzaladı və bundan sonra onun mümkün gedişi haqqında gəzən söz-söhbətlər bitdi.
"Mən bütün bu söz-söhbətlərdən bələd idim. Lakin mən şəxsən özüm heç zaman komandanı tərk etmək niyyətində deyil idim. "Manchester United"-də məni hər şey qane edir və burada karyeramı davam etdirəcəyimə çox şadam", - Vidiç bildirdi.
Mənbə: Sky Sports
