6 avqust 2010 00:05

Qarabağ!!! Qarabağ!!! Qarabağ!!!

Nəhayət ki, bu an gəlib çatdı! Azerisport.az xəbər verir ki, Azərbaycanın "Qarabağ" komandası Avropa Liqasının 3-cü təsnifat mərhələsində Polşanın "Wisla" komandasını 4:2 ümumi hesabla məğlub edərək turnirin pley-off mərhələsinə keçdi.

"Qarabağ"-ımız bizi yenə də sevindirir. Komandamız öz meydançasında məğlub olmamaq ənənəsini davam etdirdi, Polşa təmsilçisi üzərində hər iki oyunda qələbə qazandı, tariximizdə ilk dəfə üç mərhələ adlayaraq pley-off raunduna keçdi! Bundan artıq nə lazımdı... Əlbətdə ki, qrup mərhələsi... Amma bu indinin söhbəti deyil.
 
Düzdü, etiraf etmək lazımdı ki, oyunda təmamiylə fərqli iki hissə gördük. Baxmayaraq ki, birinci hissədə polşalılar daha aktiv başladılar, komandamız təşəbbüsü əlinə (ayağına) keçirə bildi. Möcüzəli 7 dəqiqə ərzində üç qol vuraraq "Wisla"-nı əsl nokauta göndərdi! Polşalılar ilk hissənin sonuna kimi özlərinə gələ bilmirdi.
 
İkinci hissədə isə "Qarabağ" daha çox müdafiə haqqında fikirləşirdi. Və bir tərəfdən bu düzgün addım idi. Çünki unutmaq lazım deyil ki, əgər bir komanda bu vaxt ərzində üç top vurubsa, bu demək deyil ki, digəri bunu təkrarlaya bilməz. Axı bu futboldu.
 
Polşalılar ikinci hissəni də ilk 45 dəqiqədəki olduğu kimi başladılar. Hissənin əvvəlində Boquski cərimə meydançasında tənha qalaraq topu başı ilə tora göndərə bilərdi, amma bəxtimiz gətirdi. Lakin 56-cı dəqiqədə Kasperçakın ikinci hissədə meydançaya buraxdığı Pavel Brojek nəhayət ki "Wisla"-nın qol vurmaq arzusuna çatdı. Ancaq buna baxmayaraq, polşalılarda, nəinki sevinc, heç olmasa bir az da ümid işığı yox idi. Hətta ikinci topu vurandan sonra da, onlar anlayırdılar ki, növbəti mərhələyə məhz "Qarabağ" çıxacaq. Və belə də oldu... Düzdü, ikinci hissədə müdafiədə çox kobud səhvlərdə oldu... Əsasən də Rəşad Sadıqovun tərəfindən. Əlbətdə, dünyada səhvsiz insan yoxdu və Sadıqovda istisna deyil. Axı haçansa bu oyunçu səhv buraxmalıydı. Arzu edək ki, bütün buraxılan səhvlər elə bu oyunda qalsın. Sadıqova və ümumiyyətlə bütün "Qarabağ"-a biz inanırıq! Və onları sevirik! Sadəcə bir məqam təəssüfləndirir... Biz istərdik ki, bu qələbə məhz Ağdamda əldə olunsun! Doğma Qarabağımızda! 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.