6 avqust 2010 12:30
Rəşad SADİQOV: Biz dayanmaq istəmirik
Azərbaycanın "Qarabağ" klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının 3-cü təsnifat mərhələsində Polşanın "Wisla" üzərində 3:2 hesabı ilə qələbədən sonra azerisport.az saytına açıqlama verdi.
"Biz bilirdik ki, cavab oyunu ilk görüşdən çətin olacaq. Kiçik hesablı qələbə bizə üstünlük verirdi. Lakin biz bilirdik ki, adətən öz meydançamızda məğlub olmuruq, bu da bizi ümüdləndirirdi. Uğurumuza inanırdıq. Həmçinin stadiona gəlmiş azərkeşlər bizi ruhlandırırdı", - Sadiqov bildirdi.
Buna görə də siz birinci hissədə üç top keçirdiniz?
Açığı deyim ki, biz bunu heç gözləmirdik. Bundan artıq vura bilərdik.
Bəziləri elə düşündü ki, siz üçüncü qolu vurarkən nisbətən asan alındı.
Mən qol vurduğum məqamdaözümə tam arxayın idim. Biz çox yaxşı oynadıq və rəqibdən daha üstün görünürdük
İkinci hissədə isə təkcə polşalılar qol vururdu.
İlk hissədən sonra ikinci 4 dəqiqədə biz artıq sakitləşdik. Buda iki topun buraxılmasın agətirib çıxartdı. Lakin bu bizi heç də məyus etmədi. Əsas növbəti mərhələyə keçmək idi. Biz bunu etdik. Əgər əvvəllər biz Polşa komandalarına məğlub olurduqsa bu dəfə hər iki görüşdə qələbə əldə etdik.
İkinci qolu buraxanda həyacan hissi keçirmədiniz?
Yox. Biz hər nəticədə özümüzə inanırdıq və hiss edirdik ki, növbəti mərhələyə keçəcəyik.
İndi hansı məqsədiniz var?
Qrup mərhələsinə cəmi bir raund qalıb. Çalışacayıq ki, onu da keçək. Çox istəyirik ki, artıq bu il qrup mərhələsində çıxış edək.
Hər halda bu avromövsümü uğurlu saymaq olar?
Əlbətdə, keçən mövsüm biz təkcə iki mərhələ keçə bilmişdik. Lakin bu dəfə biz arxada artıq üç mərhələ qoyduq. Biz bundan da çox əldə edə bilərik, çünki öz qüvvəmizə inanırıq, bu isə çox vacib bir məqamdı.
Aydındı ki, "Qarabağ"-a "Juventus" ya da "Liverpool" düşsə, onda məğlub olsanız sizə heç kəs günahlandıra bilməz...
Biz bunu yaxşı başa düşürük. Hər halda, biz dayanmaq istəmirik. Heç kəsə məğlub olmaq istəmirik, hətta Avropa qrandlarına da.
