6 avqust 2010 12:48
Barcelona`dan Arsenal`a super təklif
İspaniyanın "Barcelona" klubunun rəhbərliyi İngiltərənin "Arsenal" komandasının yarımmüdafiəçisi Sesk Fabreqasa görə mübarizəni dayandırmaq niyyətində deyil.
"Blauqranas"-ın prezidenti Sandro Rosell London təmsilçisinə futbolçuya görə 42 milyon avro təklif edir. Qeyd etmək lazımdı ki, bundan öncə transferə görə Kataloniya klubu € 35 milyonndan artıq vermirdi.
Bu addımla "Barcelona" ingilislərə göstərmək istəyir ki, o Fabreqasa görə sona kimi mübarizə aparacaq.
Mənbə: Sport.es
