7 avqust 2010 13:35

Vinfrid Şefer: Təcrübə Borussia`nın tərəfindədi

Azərbaycanın "Bakı" klubunun baş məşqçisi Vinfrid Şefer azrisport.az saytına verdiyi müsahibədə öz komandası və "Qarabağ"-ın Avropa Liqasındaki çıxışından barəsində danışdı.

Siz ağdamlıların Polşalılara qarşı oyununa stadiondan seyr edirdiniz. Bu haqda nə deyə bilərsiz?
"Qarabağ" yaxşı oynadı. Onlar üç topu 7 dəqiqə ərzində vuraraq oyunun nəticəsini həll etdilər. Əgər pley-offa çıxmaq istəyirsənsə məhz belə oynamaq lazımdı. Həmiçinin tribunaların dəstəyi də mənim xoşuma gəldi. Sizin azərkeşləriniz futbolu sevir və bu görüşdə bunu sbut etdilər.
 
İndi isə Bakıya "Borussia" gələcək.
Düşünürəm ki, Almaniya çempionatı ilə maraqlanan hər bir azərkeş bu komanda barəsində xəbərdardı. Birmənalı deyə bilərəm ki, "Qarabağ"-a çox çətin olacaq. Lakin hələ heçnə itirilməyib. Çox şey Almaniyadaki oyundan asılı olacaq. Bu rəqiblərin ilk görüşü olacaq buna görə də onlar bir-birlərini öyrənmək istəyəcəklər.

Komandamızın şansı varmı?
Şans həmişə var. Çox şey "Qarabağ"-ın "Borussia"-ya qarşı hazırlığından asılı olacaq. "Wisla" ilə oyuna əla hazırlaşmışdırlar. Lakin polşalıları almanlarla müqayisə etmək düzgün olmazdı. Bu komandalar tam fərqli səviyyədədirlər. Lakin, futbolda hər şey mümkündü. Buna görə də hesab edirəm ki, aşkar favoritin adını çekmək çətindi. Amma təcrübə "Borussia"-nın tərəfindədi.
 
Gəlin "Bakı" haqqında danışaq. Avropa Liqasından sonra komanda özünə gələ bildimi?
Çətin idi, lakin toplaşa bildik. "Qarabağ" – "Wisla" oyunu günü mən fikirləşirdim ki, indi bu zaman biz "Brondby" ilə qarşılaşmalıyıq. Danimarka klubuna qarşı yaxşı oyun göstərə biləcəydik. Komandama inanırdım.
 
Baş verən hadisə barəsində hələ də heyfislənirsiz?
Nə edək? Mənim rəhbərliyə heyfim gəldi. Çünki rəhbərlik komanda üçün xeyli iş gördü. Amma inanıram ki, klubun prezidenti Hafiz Məmmədov komandaya dəstək verməyə davam etdirəcək. Bu insan ilk oyunun nəticəsinin ləğvinə baxmayaraq bizi cavab görüşündə dəstəklədi. Biz ona borcluyuq. Bizim əla heyətimiz var və yeni mövsümdə əlimizdən gələni edəcəyik.

Rafael Əmirbəyov və Elbin Əliyevdən niyə imtina etdiniz?
Bu futbolçulara hörmətim var. Onlar güclü oyunçulardı. Lakin mənim komandama çoxlu oyunçular gəlib. Deməli, kimsə onu tərk etməli idi. Misal üçün, Əmirbəyov da digər klubda kiminsə yerini tutacaq. Mən istəmirdim ki, onlar ehtiyatda qalsınlar. Ən yaxşısı odur ki, digər komandada çıxış etsinlər.

Julio Sezarın transferi hansı mərhələdədi?
Bu barədə biz prezidentlə söhbət etmişik. Danışığlar davem edir. Bu yaxınlarda hər şey həll olunacaq.
 
İlk turun oyununda nə deyə bilərsiniz? Rəqib AZAL komandası olacaq.
İlk oyun bizim üçün vacibdi. Birincisi, azərkeşlərimiz naminə qələbə qazanmaq istəyirik. İkincisi, komanda qarşısında böyük məqsədlər qoyub, buna görə də hər oyunda qələbə qazanmaq lazımdı. Əldə etdiyim məlumata görə, AZAL-ın heyətində yaxşı futbolçular var. Bu da o deməkdir ki, asan qələbə alınmayacaq. Debüt həmişə çətin olur. Mən istəyirəm ki, azərkeşlər bizi avrokuboklarda olduğu kimi dəstəkləsinlər. Bir yerdə biz rəqibi məğlub edə bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.