7 avqust 2010 19:00
Neftçi Lider TV ilə razılaşdı
Azərbaycan Premyer-liqasının 2010/11-ci illər mövsümünün oyunlarını yayımlamaq üçün PFL tərəfindən televiziya seçimi klubların öhdəsinə buraxılıb. Azerisport.az "Neftçi" klubun rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi" ilə "Palitra" şirkəti arasındakı razılaşmaya görə, televiziya yayım hüquqları bu şirkətə verilib. "Palitra" şirkət isə öz növbəsində Lider TV ilə anlaşıb. Bu isə o deməkdir ki, azarkeşlər "Neftçi" – "Qarabağ" oyununu Lider TV vasitəsilə canlı izləyə biləcəklər. Flaqmanın bu mövsümkü bütün ev oyunları adıçəkilən televiziyada canlı yayımlanacaq.
