7 avqust 2010 11:47
Sebastyan Kel: Qarabağ`ı keçəcəyik
Azerisport.az xəbər verir ki, Almaniyanın "Borussia" (Dortmund) klubunun kapitanı Sebstyan Kel komandasının Azərbaycanın "Qarabağ" klubu ilə qarşıda gələn Avropa Liqasının pely-off mərhələsindəki oyunları haqqında öz fikirlərini bildirdi.
"Ağdam "Qarabağ"-ı? Rəqib haqqında bir şey oyrənmək üçün ilk öncə dünya xəritəsinə baxmalıyam. Lakin, hesab edirəm ki, Azərbaycana getməli olacayıq. Əlbətdə, biz bundan da çətin rəqiblə düşə bilərdik. Hesab edirəm ki, biz qrup mərhələsinə keçəcəyik", - Kel klubun rəsmi saytına bildirdi.
