7 avqust 2010 23:50
Vinfrid Şefer: Qolları heçnədən buraxduq
Azərbaycanın "Bakı" klubunun baş məşqçisi Vinfrid Şefer ölkə çempionatının ilk turunda AZAL komandasına 2:3 hesabı ilə məğlubiyyət barəsində öz fikirlərini bildirdi.
"Oyundan öncə bildirmişdim ki, çətin olacaq. Çempionat beş komandadan ibarıt deyil. Çoxlu səhv buraxdıq. Qolları heçnədən buraxduq. Ümid edirəm ki, bu oyundan sonra komanda başa düşəcək ki, futbol oynamaq lazımdı. Qapıçı Aqil Məmmədovu meydançaya limitə görə meydançaya buraxdıq. Onu məğlubiyyətdə günahlandırmağa niyyətim yoxdu", - Şefer azerisport.az saytına bildirdi.
AZAL-ın çalışdırıcısı Nazim Süleymanov qeyd etdi ki, üçüncü topdan sonra komanda sakitləşdi.
"Üçüncü topdan sonra komanda sakitləşdi, bu məni məyus etdi. Lakin çempionatı qələbə ilə başlamaq çox xoşdu. Bizdə hələ ki çatışmamazlıqlar var. Hesabda irəlidə olaraq bir az azad oynamalı idik", - Süleymanov bildirdi.
