7 avqust 2010 23:58
Cokica Haciyevski: Gəncə`ni təbrik edirəm
Bu gün keçirilmiş "Gəncə" - "Simurq" oyunu ilə Premyer-liqasının 2010/11-ci il mövsümünə start verildi. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilmiş oyun 1:1 hesablı heç-heçə ilə başa çatdı. Oyundan sonra komandaların baş məşqçiləri oyun haqqında öz fikirlərini bildirdilər.
"Hər iki komanda üçün bu qarşılaşmada qələbə qazanmaq vacib idi. Komandamız əsasən gənc futbolçulardan qurulub, bu oyunda futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. Qarşıdakı oyunlarda daha yaxşı oyun göstərməyə çalışacağıq. "Gəncə" komandasını təbrik edirəm", - "Simurq"-un baş məşqçisi Cokica Haciyevski bildirid.
"İlk oyunda qalib gəlmək istəyirdik. Stadiona toplaşmış azarkeşlərimizə qələbə sevinci yaşatmaq istəyirdik, təəssüf ki, alınmadı. "Simurq" klubuna uğurlar arzu edirəm", - "Gəncə" klubunun çalışdırıcısı Fuad İsmayılov dedi.
