7 avqust 2010 00:01
Yurqen Klopp: Qarabağ`a ciddi yanaşmaq lazımdı
Azerisport.az xəbər verir ki, Almaniyanın "Borussia" (Dortmund) klubunun baş məşqçisi Yurqen Klopp pley-off mərhələsi çərçivəsində Azərbaycanın "Qarabağ" komandası ilə qarşıda keçirəcəyləri oyunlar barəsində öz fikirlərini bildirdi. "Turnirin qrup mərhələsinə çıxmaq mümkündü. Polşa klubunu məğlub edən komandaya ciddi yanaşmaq lazımdı. Hər halda mən hesab edirəm ki, biz Ağdam klubunu keçə bilərik. Lakin bunun üçün biz rəqibimizi yaxşı təhlil etməliyik. Biz "Qarabağ" ilə mübarizəyə hazırıq", - Klopp Dortmund klubunun rəsmi saytına bildirdi.
