7 avqust 2010 00:05
Berti Foqts: Qarabağ`ın rəqibi təkcə Borussia olmayacaq
İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatmanın nəticəsinə əsasən, Avropa Liqasının pley-off mərhələsində Ağdamın "Qarabağ" Almaniyanın "Borussia" (Dortmund) klubu ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts AFFA-nın rəsmi saytına bu barədə öz fikirlərini bildirib.
"Çox şadam ki, "Qarabağ"-ın, eyni zamanda milli komandanın üzvü olan gənc futbolçular Almaniyanın ən gözəl stadionlarından birində vacib oyuna çıxacaqlar. Bu, təcrübə qazanmaq baxımından çox əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, "Qarabağ"-ın rəqibi təkcə "Borussia"yox, həm də stadiondakı atmosfer də olacaq. Ümid edirəm ki, "Qarabağ"-ın futbolçuları "Wisla"ilə oyundakı kimi tam sərbəst şəkildə öz oyunlarını nümayiş etdirəcəklər", - Foqts bildirdi.
