7 avqust 2010 12:03
Milan`dan qəti qərar
İtaliyanın "Milan" klubunun rəhbərliyi növbəti dəfə bəyan etdi ki, komandanın futbolçuları Ronaldinyo və Tiaqo Silva satılmır.
Bu bəyanatla "rossonerinin" nümayəndələri futbolçuların gedişi barəsində gəzən söz-söhbətlərə son qoymaq istəyirlər. Xatırladaq ki, deyilənlərə görə, Ronaldinyo ABŞ-ın "Los-Angeles Galaxy", Tiaqo Silva isə Madridin "Real" komandasına keçəcəklər.
