7 avqust 2010 00:27
Əfran İsmayılov: Hətta məğlubiyyət də bizi qane edər
Azərbaycanın "Qarabağ" klubunun futbolçusu Əfran İsmayılov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın "Borussia" (Dortmund) komandası ilə keçirəcək oyunlar haqqında azerisport.az saytına öz fikirlərini bildirdi.
"Alman komandası ilə görüşlərdə öz futbolumuzu nümayiş etdirməyə çalışacayıq. Bir il əvvəl "Twente"-yə qarşı oynadığımız kimi bu ildə layiqli oyun göstərəcəyik. Hətta "Liverpool" komandası ilə düşsəydik belə, optimist qalacaydıq. Almaniyadan uğurlu nəticə ilə qayıtmaq çox vacibdi. Bizi hətta məğlubiyyət də qane edər, lakin minimal hesablı. Düşünürəm ki, onlar da bizdən ehtiyatlanacaqlar. Axı biz Polşanın "Wisla" komandasını keçmişik. Çox şad olarıq, əgər rəqib bizi lazımi qədər qiymətləndirməsə. Bu halda bizə bir az asan olacaq", - İsmayılov bildirdi.
