7 avqust 2010 00:47
Millimizin oyunçusunun klubu yeni baş məşqçi axtarışında
Azərbaycanın futbol üzrə yığma komandasının sabiq oyunçusu Branimir Subaşıçın komandası "Srvena Zvezda" özünə yeni baş məşqçi axtarışındadı. Azerisport.az xəbər verir ki, komandanın artıq keçmiş baş məşqçisi Ratko Dostaniç Avropa Liqasının 3-cü təsnifat mərhələsində Slovakiyanın "Slovan"-nına 1:2 hesabı ilə məğlub olduqdan sonra klubu tərk etdi. Çempionlar Kuboku-1991-in sahibi yeni baş məşqçinin adını bu yaxınlarda açıqlayacaq.
Mənbə: AP
