8 avqust 2010 13:32
Raul: Optimal formamı yığmamışam
Almaniyanın "Schalke-04" klubunun hücumçusu Raul "Bayern Münech"-lə keçirilən ölkə Superkuboku oyunundan sonra öz fikirlərini bildirdi. Azerisport.az xəbər verir ki, həmin oyun 2:0 hesabı ilə münxenlilərin xeyrinə bitdi.
"Əlbətdə, bu oyunda qələbə qazanmağı çoz istəyirdim. Rəqib hesabı açandan sonra, onların qapılarına yaxınlaşmaq daha da çətin oldu. Öz barəmdə isə deyə bilərəm ki, mən hələ optimal formada deyiləm. Amma ümid edirəm ki, bundesliqanın "Hamburger"-ə qarşı ilk oyununa tam hazır olacam", - Raul bildirdi.
Mənbə: Bundesliga.de
