8 avqust 2010 13:40
Julio Sesar Qalatasaray`a keçə bilər
İtaliyanın "Roma" klubu braziliyalı Julio Sesar Baptista ilə vidalaşa bilər. Azerisport.az xəbər verir ki, oyunçu ilə Türkiyənin "Qalatasaray" klubu maraqlanır və Baptistaya görə 5 milyon avro ödəməyə hazırdı.
Ötən mövsümdə futbolçu Seria A-da 23 oyun keçirib, onlardan təkcə dördünü start heyətdə başlayıb, üç qol vurub.
Mənbə: EFE
