8 avqust 2010 13:54
Liverpool İngiltərə millisinin oyunçularını istəyir
İngiltərənin "Liverpool" komandası yığmanın və "ManchesterCity" klubunun yarımmüdafiəçisi Şon Rayt-Fillipslə maraqlanır. Azerisport.az xəbər verir ki, bundan əvvəl oyunçuyla həmiçinin "Arsenal"-da maraqlanırdı, lakin klub Rayt-Fillipsə həftədə 65 min funt sterlinq ödəməkdən imtina etdi. "Liverpool"-un baş məşqçisi Roy Hocson ümid edir ki, Co Koul öz keçmiş komanda yoldaşını "Enfield"-ə keçməyə razı sala bilər.
Həmçinin Hocson bildirdi ki, o komandanın heyətinə "Tottenham"-də çıxış edən Piter Krauçu qaytarmaq istəyir. "Liverpool" futbolçuya görə 9 milyon funt sterlinq ödəməyə hazır olduğunu bildirdib. Lakin "Tottenham"-in çalışdırıcısı Harri Rednapp hesab edir ki, Krauçun transfer qiyməti artıb və bu da danışığların pozulmasına gətirib çıxarda bilər.
Mənbə: goal.com
