8 avqust 2010 21:25
MOİK-in çalışdırıcısı: Bu bizim məqsədimiz idi
Azərbaycan Premyer-liqasının birinci turu çərçivəsində MOİK klubu Salyanın "Muğan" komandsını qəbul etdi. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oyun "hərbçilərin" 3:2 hesablı qələbəsi ilə başa çatdı.
"MOİK klubunu qələbə münasibəti ilə təbrik edirəm. İlk oyunumuz idi, çətin olacağını bilirdik. Məğlubiyyətə baxmayaraq qarşıdakı oyunlarda daha yaxşı çıxış etməyəçalışacağıq. Komandamızın çatışmazlıqlarını görə bildik", -"Muğan" klubunun baş məşqçisi Almir Hurtiçbildirdi.
"Komandanı qələbə münasibəti ilə təbrik edirəm. Premyer-liqasının ilk oyununda qələbə qazanmağı qarşımıza məqsəd qoymuşduq, buna nail olduğumuz üçün şadıq. "Muğan" klubuna uğurlar arzulayıram",- MOİK-in çalışdırıcısı Ramil Əliyevdedi.
