8 avqust 2010 21:31
Kaxaber Tsxadadze: Turan`la oyunlar həmişə çətin olub
Azərbaycan Premyer-liqasının son qalibi "İnter" klubu yeni mövsümə qələbə ilə başladı. Azerisport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, səfərdə "Turan"-ın qonağı olan paytaxt təmsilçisi birinci hissədə vurduğu üç qolla çempionatda ilk qələbəsini qazandı.
"İlk hissənin əvvəlində 3 qol vurub oyunun taleyini həll etdik. "Turan" komandası ilə oyunlar həmişə çətin olub. Futbolçular qarşıya qoyulan tapşırıqların öhdəsindən lazımınca gəldi. Komandanı qələbə qazandığı üçün təbrik edirəm", - "İnter" klubunun baş məşqçisi Kaxaber Tsxadadzebildirdi.
"Müdafiədə buraxdığımız səhvlər nəticəsində ilk hissədə qapımızdan 3 top buraxdıq. Yarımmüdafiə xəttimiz demək olar ki, yox idi. Fasilədə futbolçularla söhbət etdik, ikinci hissədə öz oyunumuzu göstərə bildik. Bir sıra qol epizodlarını yaratdıq, lakin onlardan lazımınca istifadə edə bilmədik", - "Turan" klubunun baş məşqçisiSakit Alıyev dedi.
