8 avqust 2010 23:35
Arif Əsədov: Belə oyunlarda hər şeyi bir qol həll edir
Azerisport.az xəbər verir ki, Azərbaycanın "Neftçi " klubunun baş məşqçisi Arif Əsədov çempiontın ilk turunda "Qarabağ" ilə (1:1) keçirdikləri oyun barəsində öz fikirlərini bildirdi. "Bilirdik ki, çətin olacaq. Belə oyunlarda hər şeyi bir qol həll edir. Biz kobud səhv buraxdıq və bunun cəzasını aldıq. Lakin, hesab edirəm ki, "Qarabağ"-la oyunda yaxşı nəticə əldə etdik. "Qarabağ"-a avrokuboklarda uğurlar diləyirəm", - Əsədov bildirdi.
