8 avqust 2010 00:03
Toni Adams: Futbolçulardan razı qaldım
Azərbaycan Premyer-liqasının ilk turunda doğma meydanda "Qəbələ" klubu ilə qarşılaşan "Xəzər-Lənkəran" rəqibini 1:0 hesabı ilə məğlub edib. Azerisport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, oyundan sonra komandaların baş məşqçiləri oyun haqqında öz fikirlərini bildirdilər.
"Komandamızın məğlub olmasına baxmayaraq, futbolçulardan razı qaldım. İlk oyunumuz idi, verdiyim tapşırıqların çoxunu yerinə yetirdilər. "Xəzər Lənkəran"ı qələbə münasibəti ilə təbrik edirəm", - "Qəbələ" klubunun baş məşqçisi Toni Adams bildirdi.
"Mövsümün ilk oyununda əzmkar oynadıq, sona qədər mübarizə apardıq. Doğma meydanda qələbə bizim çox vacib idi. Bu qələbədə "Xəzər Lənkəran" azarkeşlərinin də payı var. Bir sıra oyunçularımızın transfer vərəqələri gəlmədiyi üçün onlar bu gün oynaya bilmədi", - XL klubunun çalışdırıcısı Mirça Rednik dedi.
