8 avqust 2010 00:21
Fizuli Cavadov Twente ilə müqaviləni pozmaq niyyətindədi
Azərbaycanın futbol üzrə yığma komandasının hücumçusu Vaqif Cavadovun atası Fizuli Cavadov azerisport.az saytına bildirdi ki, Hollandiyanın "Twente" klubunun rəhbərliyindən oyunçuya azad agent statusun verilməsini tələb edəcək. "Hollandiyaya "Twente" ilə danışığlara getmək niyyətindəyəm. Vaqifə azad agent statusunun verilməsini tələb edəcəm. Əgər klubun baş məşqçisi Mişel Prüdom onun adını bu mövsümə olan iştirak ərizəsinə daxil etməyibsə, onda Vaqif Azərbaycana qayıda bilər. Ümid edirəm ki, bu məsələni problemsiz həll edəcəyik və Vaqif Bakıda özünə yeni komanda tapar", - Fizuli Cavadov bildirdi.
