9 avqust 2010 13:47
İtaliyalı ulduz Inter`ə keçməyəcək
İtaliyanın "Sampdoria" klubunun hücumçusu Antonio Kassonun agenti Cuzeppe Botso futbolçunun gələcək karyerası barəsində danışdı. Azerisport.az xəbər verir ki, Botso Kassonun Milanın "Inter"-ə keçəcəyi barəsində söz-söhbətləri təkzib etdi.
"Kassano" "Inter"-də olmayacaq. Bizə Milan klubundan təkliflər gəlməyib. Mən əminliklə deyirəm ki, Antonio "Sampdoria"-nı hətta Çempionlar Liqasının qrup mərhələsinə düşməsə belə tərk etmyəcək", - futbolçunun agenti bildirdi.
Mənbə: FCInternews.it
