9 avqust 2010 14:19
Emil Mpenza: Oyun çox gərgin və çətin alındı
Azərbaycan çempionatının birinci turunda keçirilən "Neftçi" – "Qarabağ" oyunundan sonra paytaxt komandanın belçikalı hücumçusu Emil Mpenza azerisport.az saytına öz fikirlərini bildirdi.
"Oyun çox gərgin və çətin alındı. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Lakin 1:1 hesabı da bizim üçün yaxşı nəticədi", - Mpenza dedi.
Onun sözlərinə görə, Azərbaycan futbolu haqqında ilk tanışlığı yaxşı təsir bağışladı: "İlk təsir hələ ki yaxşıdı. Lakin nəzərə almaq lazımdır ki, mən buraya təzə gəlmişəm və hələ də tam qiymət verə bilmirəm. Bir az vaxt keçsin, onda artıq Azərbaycan futbolu barəsində dəqiq bir şey demək olar. Hələlik isə, hər şey xoşuma gəlir".
