9 avqust 2010 14:58
"Kral klubu" Inter`in müdafiəçisini istəmir
Madridin "Real" klubub Milanın "Inter" komandasının müdafiəçisi Maykonun transferindən imtina etdi. Azerisport.az xəbər verir ki, bunu FİFA-nın agenti və "Real"-ın məşvərətçisi Ernesto Bronsetti bildirdi.
"Mən hər gün "Real"-ın prezidenti Florentino Pereslə söhbət edirdim. Biz Maykona görə istənilən qiyməti onun yaşına uyğun olmadığı üçün oyunçunun transferindən imtina etdik. Əslində, Peres artıq bir neçə həftə bundan əvvəl Maykonun alışından vaz keçdi. İndi isə "Kral klubu" öz diqqətini Seria A-da çıxış etməyən bir oyunçuya yönəltdi", - Bronsetti dedi.
Qeyd edək ki, Maykona görə "Inter" 28 milyon avro tələb edirdi.
Mənbə: Football Italia
