9 avqust 2010 16:02
AFFA məşqçilərə diplomlar təqdim etdi (FOTO)
Bu gün AFFA-nın Futbol akademiyasında A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vuran mütəxəssislərə diplomlar təqdim olunub. Azerisport.azxəbərverirki, tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov assosiasiyanın prioritetlərindən birinin də futbol təhsilinin gücləndirilməsi olduğunu, bu məqsədlə tez-tez seminarlar təşkil edildiyini bildirib. Daha sonra baş katib məşqçilərə diplomları təqdim edib.
Mənbə: AFFA
