9 avqust 2010 16:44
Neftçi Qəbələ`yə hazırlaşır
Bakının "Neftçi" klubu Premyer-liqanın 2-ci turunda qarşılaşacağı "Qəbələ" ilə matçına hazırlığına başlayıb. Azerisport.az “neftçilərin” rəsmi saytına istinadən xəbər verir ki, komanda üzvləri səhər saatlarında klubun bazasındakı meydançada məşq ediblər. Baş məşqçi Arif Əsədov yalnız sərəncamında olan azsaylı futbolçulardan yararlanıb. Belə ki, artıq flaqmanın bəzi oyunçuları müxtəlif yığma komandaların düşərgələrinə yollanıblar. Rail Məlikov, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid Hüseynov, Fərid Quliyev və Amit Quluzadə Azərbaycan millisinə dəvət olunublar. İqor Mitreski ilə Slavço Qeorqievski Makedoniya, Paulius Qribauskas isə Litva yığma komandasının sərəncamına yollanıb.
