9 avqust 2010 17:41
Miloş Krasiç: Juventus`la razılığa gəldim
Rusiyanın ÇSKA klubunun serbiyalı yarımmüdafiəçisi Miloş Krasiç İtaliyanın “Juventus” klubua keçməyə hazırlaşdığını bildirdi. Azerisport.az xəbər verir ki, indi sadəcə “Qoca sinyora” “hərbiçilərlə” razılığa gəlməlidi.
“Mən “Juventus”-un rəhbərliyi ilə razılığa gəldim. Məndən nə tələb olunurdu, onu etdim. İndi hər şey turinlilərdən asılıdı. Əgər onlar ÇSKA ilə razılığa gələ bilsələr, mənim transferim baş tutacaq”, - Krasiç bildirdi.
Mənbə: Corriere dello Sport
