9 avqust 2010 12:27
Qurbanov Türkiyə çempionu olmaq niyyətindədi (FOTO)
Azərbaycan futbol komandasının sabiq oyunçusu İlqar Qurbanov Türkiyə birincil liqasının “Mersin İdmanyurduspor” klubu ilə müqavilə bağladı. Azerisport.az xəbər verir ki, müqavilənin müddəti iki ilə nəzərdə tutulub.
“Mersin”-ə çempionluq üçün gəlmişəm. İnanıram ki, baş məşqçi, azərkeşlər və komanda yoldaşlarımla birgə biz bu məqsədə çatacayıq. Mən komandaya Superliqaya keçməyə kömək edəcəm”, - Qurbanov bildirdi.
