9 avqust 2010 12:58
Manchester United İngiltərənin ən yaxşı klubu oldu
İngiltərənin Superkuboku oyununda "Manchester United" Londonun "Chelsea" komandasına qalib gəldi. Azerisport.az xəbər verir ki, oyun 3:1 hesabı ilə başa çatdı.
Qeyd edək ki, Mançester təmsilçisi Superkuboku tarixində 18-ci dəfə qazandı.
