10 avqust 2010 13:38
Mahir Şükürov: Əsas oyunumuz Almaniyaya qarşı olacaq
Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov qarşıda gələn Küveytlə oyun barəsində öz fikirlərini bildirdi.
"Əhval-ruhiyyəmiz yaxşıdır. Xeyli vaxtdır yığmanın düşərgəsində olmurdum. Hər şey yaxşıdır. Küveylə oyuna gəldikdə, hələ meydana çıxıb-çıxmayacağımı bilmirəm. Ola bilsin, baş məşqçi gənc futbolçulara güvənsin. Bizim əsas oyunumuz sentyabrın 7-də Kölndə Almaniyaya qarşı olacaq. Çalışacağıq ki, yaxşı nəticə əldə edək. Küveytlə oyunda ancaq qələbəyə köklənmişik", - Şükürov dedi.
Mənbə: AFFA
