10 avqust 2010 13:58
Droqba azərkeşlərə söz verdi
İngiltərənin "Chelsea" klubunun hücumçusu Didye Droqba bu mövsüm komandanı tərk etməyəcəyinə söz verdi. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu İngiltərə Kuboku və çempionatının qalibi olmaq üçün komandaya kmək edəcək.
"Hər yay bir söz-söhbət çıxır. Siz artıq məni "Chelsea" futbolkasında görmüsüz. Yeni mövsümü də bu futbolkada keçirəcəm. Mövsüm hələ təzə başlayıb. Və biz hələ ki öz oyunumuz göstərməmişik. Lakin ümid edirəm ki, iki-üç həftədən sonra komandamız tam qaydasında olacaq", - Droqba dedi.
