10 avqust 2010 14:18
Maksim Medvedev: Uğurlu nəticə üçün çalışacayıq
Azərbaycan millisinin müdafiəçisi Maksim Medvedev qarşıda gələn Küveytlə yoldaşlıq görüşü barəsində azerisport.az saytına öz fikirlərini bildirdi. "Küveytlə oyun Avropa Çempionatının seçmə mərhələsinə son hazırlığdı. Çalışacayıq ki, onu uğurlu keçirək. Təəssüf ki, Əfran İsmayılov bu oyunda çıxış edə bilməyəcək. Biz sağ cinahda bir-birimizi əla başa düşürük. Belə bir oyunçunun yoxluğu millidən çox "Qarabağ"-a ziyan gətirəcək", - Medvedev bildirdi.
