10 avqust 2010 15:00
Almanlardan Juventus`a təklif
Almaniyanın "Wolfsburg" klubu İtaliyanın "Juventus" komandasına braziliyalı Diyeqo ilə bağlı təklif verdi. Azerisport.az xəbər verir ki, almanlar futbolçuya görə 16 milyon avro ödəməyə hazırdı. Gözlənilir ki, turinlilər bu təklifə müsbət cavab verəcək.
Qeyd edək ki, "Juventus" Diyeqonu ötən mövsüm 25,5 milyon avroya aldı.
