10 avqust 2010 15:40
Rəşad SADIQOV: Yenidən bu hissləri yaşamaq istəyirik
Azərbaycanın "Qarabağ" klubunun müdafiəçisi Rəşad Sadıqov azerisport.az saytına müsahibə verdi.
"Neftçi" ilə ilk oyun haqqında nə deyə bilərsiz?
Oyun bərabər şəraitdə keçdi. Hər iki komanda qolları heçnədən vurdu. Ümumiyyətlə bu görüş heç-heçə ilə başa çatmalı idi.
Nəyə görə?
Oyunun gedişatı bunu sübut etdi. Qol vəziyyətləri az idi. Qollar ancaq müdafiədə olan kobud səhvlərin nəticəsində vuruldu. Belə oyunda hesab 0:0 olmalıdı.
Nəticə sizi qane etdi?
Nəzərə alsaq ki birinci turun qarşılaşması səfərdə çempionatın favoriti olan "Neftçi"-yə qarşı keçirdik, hesab edirəm ki, bu yaxşı nəticədi. Digər tərəfdən, bu oyundan cəmi üç gün əvvəl Avropa Liqası çərçivəsində "Wisla"-ya qarşı gərgin görüş keçirtdik.
Deməli, ötən üç gün ərzində siz istirahət edə bilmədiz?
Bəli. Demək olar ki, yorğunluq bütün 90 dəqiqə ərzində hiss olunurdu. Əgər bu oyunlar arasında heç olmasa bir həftə vaxt olsa idi, onda bizim tərəfimizdən təmamiylə başqa oyun görəcəydiniz.
Dortmun "Borussia"-sına qarşı necə hazırlaçacaqsız? Axı çempionat oyunlarından başqa, qarşıda Küveyt millisi ilə də yoldaşlıq oyunu var.
Küveytlə oyundan sonra bizdə istirahət üçün bir həftəmiz olacaq. Guman edirəm ki, "Gəncə" ilə ikinci turdaki oyunun təhirə salınmasını xahiş edəcəyik. Başqa cür alınmır. Uşaqlar çox yorulub. Əks halda bizdə ümumiyyətlə güc qalmayacaq.
Qarşıda Küveytlə oyun var. Hesab etmirsiz ki, oyunçular yorulacaqlar?
Biz Azərbaycan yığmasının oyunçularıyıq. Əgər bizi millinin heyətinə çağırırlarsa, deməli biz heçnəyə baxmadan orada olmalıyıq.
Siz bir neçə dəfə komanda yoldaşlarınız və əsasən də Maksim Medvedevin üstünə qışqırdınız...
Buna diqqət yetirmək lazım deyil. Bu oyunun bir hissəsidi. Yəgin ki, bu yorğunluq və əsəbilikdən baş verdi.
İndiki mərhələdə "Qarabağ"-ın əsas diqqəti Avropa Liqasındaki çıxışlara yönəlib. Bəs daxili turnirlərə rəhbərlik hansısa məqsəd qoyubmu?
Bununla bağlı söhbət hələ ki olmayıb. Hansısa bir məqsəd hələ ki qoyulmuyub. Lakin hər birimiz baş düşürü ki, əsas avokuboklarda iştirak etməyə imkan verən yeri tutmalıyıq. Yenidən bu hissləri yaşamaq istəyirik. Ümumiyyətlə, avrokuboklarda hər mövsüm çıxış etmək istəyirik.
Doğrudanmı çempionluq ambisiyaları yoxdu?
Futbol oynayacayıq. Görək, nə alınır.
