10 avqust 2010 16:00
Mourinyo belçikalı vunderkindi almaq istəyir
Madridin "Real" komandası Belçikanın "Anderlecht" klubunun 17-yaşlı vunderkindini almaq istəyir. Azerisport.az xəbər verir ki, Romelu Lukakunu şəxsən "Kral klubunun" baş məşqçisi Joze Mourinyo komandasının heyətində görmək istəyir.
Konqo əsilli futbolçunun transferi 20 milyon avro dəyərində qiymətləndirilir.
Lukaku "Anderlecht"-in heyətində 2009-cu ilədn çıxış edir. Komandanın heyətində 34 oyun keçirib, 15 qol vurub.
