10 avqust 2010 16:46
Özil Barcelona`da?
İspaniyanın "Barcelona" klubu Almaniyann "Werder" komandası ilə razılığ əldə etdi. Azerisport.az El Pais nəşrinə istinadən xəbər verir ki, razılığa görə Almaniya yığmasının oyunçusu Mesut Özil "blauqranasın" heyətinə keçəcək.
Məlumata görə, 21-yaşlı futbolçu Kataloniya klubu ilə 4-illik müqavilə imzalayacaq. Transferin qiyməti 10 milyon avro təşkil edir.
Xatırladaq ki, bundan əvvəl Özil Avropa mətbuatı tərəfndən artıq Madridin "Real", Münxenin "Bayern" və İngiltərənin "Manchester United" klublarına göndərilmişdi.
