10 avqust 2010 17:24
Bakı Real`ın oyunçusundan imtina etdi
Madridin "Real" klubunun keçmiş oyunçusu braziliyalı Julio Sezar Azərbaycanın "Bakı" klubunda çıxış etməyəcək. Klubun vitse-prezidenti Tunç Afşar azerisport.az saytına bilirdi ki, futbolçu həddindən artıq böyük maaş tələb etdi. "Bizim futbolçu ilə razılığımız var idi. O özü bildirdi ki, "Bakı" ilə müqavilə imzalamaq istəyir. Lakin klubun şəraiti və ümumiyyətlə şəhəri görəndən sonra o məbləği qaldırmaq istədi. Buna görə də biz ondan imtina etdik. Bu qeyri peşəkardı", - Afşar dedi.
