10 avqust 2010 11:36
"Kral klubunun" oyunçusu Bakıda
Madridin "Real" komandasının keçmiş oyunçusu braziliyalı Julio Sezar Bakıya gəlib. Azerisport.az xəbər verir ki, gözlənilir ki, futbolçu bu yaxınlarda "Bakı" klubu ilə müqavilə imzalayacaq. 31-yaşlı futbolçunun son iş yeri Türkiyənin "Qaziantepspor" olub. Həmiçinin, yarımmüdafiəçi "Real", "Benfika", "Austria", "Olympiakos", "Valladolid", "Bolton" kimi klublarda çıxış edib.
