10 avqust 2010 11:50
Berti Foqts: Oyunçuların hazırlığı mənim xoşuma gəldi
Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Berti Foqts azerisport.az saytına komandasının Küveytə qarşı oyuna hazırlığından danışdı.
"Hazırlıq haqqında hələ ki heçnə deyə bilmərəm: dünənki məşqimizdə "Qarabağ"-ın oyunçuları iştirak etmirdi. Onlar bu gün komandaya qatıldılar. Onların hazırlığı mənim xoşuma gəldi, ona görə də onlardan qələbə tələb edəcəm. Onların dünən bizimlə olmaması bizi sevindirir – kaş digər futbolçuların yoxluğun səbəbi avrokuboklarda oynadıqlarına görə olsun", - Foqts bildirdi.
Onun sözlərinə görə, o başa düşə bilmir ki, nəyə görə "Qarabağ"-ın oyunçularını çağırmamalıydı: "Mən bunu anlaya bilmirəm. Onlar axı peşəkardı. Bu işi özləri seçiblər. Avropada bu normal haldı. Belə gərgin iş rejiminə oyrəşmək lazımdı, yoruğunluq isə mənim üçün arqument deyil".
