10 avqust 2010 12:01
Vaqif Cavadov: Əsas heyətə düşmək uğrunda mübarizə aparacam
Hollandiyanın "Twente" klubunun hücumçusu Vaqif Cavadov komandasında öz gələcəyi barəsində azerisport.az saytına danışdı.
"Hal hazırda hər şey yaxşıdı. Bütün fikirlərim Küveytlə oyun yönəlib. Oyundan sonra mən Hollandiyaya yollanacam. Və əsas heyətə düşmək uğrunda mübarizə aparacam. Mən sadəcə bir oyundan kənar qaldım, bu isə hələ heçnə demək deyil. Mənim üçillik müqaviləm var. Əgər vətənə dönmsəm, onda ilk növbədə "Qarabağ"-ın təklifinə baxacam", - Cavadov dedi.
